Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Naxçıvanın bir neçə poçt filialı “AKİS” sisteminə qoşulub
Naxçıvan Muxtar Respublikasında Babək, Şərur, Ordubad, Şahbuz, Culfa, Sədərək və Kəngərli poçt filialları “AKİS” sisteminə qoşularaq real rejimdə pul köçürmələri əməliyyatlarının tətbiqinə başlanılıb.
Bu barədə Muxtar Respublika Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumatda bildirilir. Məlumatda bildirilir ki, digər poçt şöbələrinin də bu sistemə qoşulması istiqamətində tədbirlər həyata keçirilir.
Eyni zamanda Ümumdünya Poçt İttifaqının tələblərinə uyğun olaraq, beynəlxalq elektron və poçt pul baratlarının mübadiləsinin “AKİS” vasitəsilə həyata keçirilməsinə başlanılıb.
RƏVAN
19/10/12 Çap et