Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
BSU-nun “Heydər Əliyev məktəbi”nə yeni texniki avadanlıqlar hədiyyə edilib
Çexiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Radek Matula Bakı Slavyan Universitetində fəaliyyət göstərən "Heydər Əliyev məktəbi" tələbə teleradiostudiyası və Çex Dili və Mədəniyyəti Mərkəzinə müxtəlif texniki avadanlıqlar – kompüter, multi-funksional printer, skayner, proyektor və s. hədiyyə edib.
"ICTnews" elektron xəbər xidmətinin BSU-ya istinadən verdiyi məlumata görə, bu hədiyyələr Çexiyanın Xarici İşlər Nazirliyinin həyata keçirdiyi əməkdaşlığın inkişafına dair proqramı çərçivəsində təqdim edilib. Layihənin əsas məqsədi jurnalistika və digər ixtisaslara yiyələnən, radio verilişlərinin hazırlanmasında iştirak edən BSU tələbələrinin bilik və praktik bacarıqlarının artırılmasına yardım etməkdir.
Xatırladaq ki, BSU-da 2008-ci ildən fəaliyyət göstərən radiostudiyanın əsas məqsədi Heydər Əliyev irsinin öyrənilməsi və təbliğinə geniş tələbə auditoriyasını cəlb etməkdən, universitetdə təhsil alan tələbə-jurnalistlərin, tərcüməçilərin, filoloqların, regionşünasların, beynəlxalq münasibətlər üzrə mütəxəssislərin yüksək peşə hazırlığını təmin etməkdən, onlara müvafiq ixtisaslar üzrə əmək fəaliyyətində zəruri ola biləcək bilik və bacarıqlar aşılamaqdan, təcrübə qazandırmaqdan ibarətdir.
CAHANGİR
19/10/12 Çap et