Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Mak" kompüterlərində "Java" plaqinindən imtina edilib


Apple" şirkəti oktyabrın 17-də "Lion" və "Mountain Lion" əməliyyat sistemləri (ƏS) üçün çıxardığı yenilənmə brauzerlərdən "Java" plaqinini silir.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, yeniliyin tətbiqindən sonra istifadəçilər "Java" proqramlardan ibarət veb səhifələrdə “müvafiq plaqin tapılmayıb” xəbərdarlığı ilə qarşılaşacaq. İstifadəçilər öz istəklərindən asılı olaraq plaqini "Java" istehsalçılarının saytından yükləyə bilərlər.

"Apple" şirkəti Java plaqini barədə təhlükəsizlik nöqteyi-nəzərindən qərar verib. Belə ki, "Java" boşluqlarından istifadə edən hakerlər sistemə hücum edə bilərlər. Misal üçün bildirək ki, 2012-ci ilin yazında bir neçə yüz min "mak" kompüteri "Flashback" troyanına yoluxmuşdu.




EMİL





20/10/12    Çap et