Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternet istifadəçiləri 4 ulduzdan ibarət planet sistemini kəşf ediblər


Astronomlar internet istifadəçiləri ilə birlikdə araşdırmalar apararaq 4 ulduzdan ibarət planet sistemini kəşf etmişlər.

“Planet Hunters” adlı vətəndaş astronomik layihəsinin iştirakçıları Yel Universitetinin peşəkar astronomları ilə birlikdə tarixdə ilk dəfə olaraq 4 ulduzdan ibarət planet sistemini aşkarlamışlar.

40 mindən artıq həvəskar astronomu birləşdirən “Planet Hunters” layihəsi “Kepler” kosmik teleskopu vasitəsilə 160 min ulduz barədə yığılmış məlumatları təhlil edirlər.Onlar eyni zamanda ulduzlar diskinin fonunda planetlərin keçidi ilə bağlı tranzitlər və parlaqlıq dəyişikliklərini də öyrənirlər.

Bu layihəni Yel Universitetinin alimləri dəstəkləyirlər.Yeni planetin aşkarlandığı KIC 4862625 sistemi bir-birinin ətrafında 1000 astronomik vahid (1 astronomik vahid Yerin orta radiusuna bərabərdir) məsafəsində dövrə vuran 2 cüt ulduzdan ibarətdir.

 İlk cütlük Günəşin kütləsinin 1,5-nə bərabər olan F spektral tipli cırtdan və 0,4 Günəş kütləli M tipli planetdən ibarət kölgələnmiş ikilidir. Yəni ulduzlardan biri o birinin qarşısından keçir.

 “Planet Hunters”in üzvləri kölgələnmiş ikiqat ulduzları təhlil edərək yeni planet aşkarlamağa çalışırdılar. Bu ilin martında layihə iştirakçılarından biri - Robert Qalyano KIC 4862625-in parlaqlıq dəyişikliyində planet izini görmüşdür. Kian Yekin apardığı əlavə təhlildən sonra bəlli olmuşdur ki, iz həqiqətən planetə məxsusdur.

 Bu kəşfi Havay adalarındakı Kek rəsədxanasının alimləri şüa sürətlərini ölçməklə təsdiqləmişlər.
 Beləliklə, PH1 dördlü ulduz sistemində ilk planetdir. Onun radiusu Yerin radiusunun 6,18 mislinə bərabərdir. Planet ulduz cütünün ətrafında 20 günə tam dövrə vurur.





20/10/12    Çap et