Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

”DELTA TELEKOM” : “İstənilən şəbəkə üçün informasiyanın təhlükəsizliyinin təmin edilməsi vacib funksiyadır və buna xüsusi diqqət ayrılmalıdır”


"Delta Telekom" 2000-ci ildən telekommunikasiya və informasiya texnologiyaları bazarında müvəffəqiyyətlə fəaliyyət göstərən Qafqaz regionunda yeganə aparıcı operatordur. Müasir "Delta Telekom"  korporativ sifarişçilər, dövlət strukturları, banklar, özəl müəssisələr, 78% Qafqaz İSP-ləri və Azərbaycanda olan bütün İSP-lər üçün kompleks şəkildə həllərin tətbiqi, həmçinin istənilən xidmətin keyfiyyətinin artırılması məqsədilə gün ərzində 24 saat  fəaliyyət göstərən quraşdırıcı və servis-qəza xidmətləri təşkil edir. "Delta Telekom" EUTELSAT-ın Beynəlxalq Peyk Rabitə Operatorunun regionda rəsmi distribüteri və bütün Qafqazda peyk kanallarının icarəsi, istifadəsi, peyklərdəki transponderlərin icarəsi istiqamətində EUTELSAT-ın səlahiyyətli nümayəndəsidir.

"Delta Telekom"un Korporativ Şəbəkəsi korporativ müştərilərin harada yerləşməsindən asılı olmayaraq onların mərkəzləşdirilmiş şəkildə idarə olunmasını təmin edən şəbəkə növüdür. Korporativ Şəbəkə - bir-birindən uzaqda yerləşən müəssisələr, şöbələr və inzibati ofislərin mərkəzləşdirilmiş şəkildə idarə edilməsinin mükəmməl həllidir.

Korporativ Şəbəkə (KŞ) vasitəsilə korporativ müştərilərin informasiya şəbəkəsini yaratmaq və onların DATA məlumatlarını (məsələn, elektron sənədlər, səs, videogörüntü və s.) ötürmək mümkündür. Müasir korporativ şəbəkələr müxtəlif növ xidmətləri təmin edir. Bu xidmətlərə - korporativ müştərilərə DATA məlumatlarının ötürülməsi, yüksəksürətli internet və İP telefoniya xidmətləri, eyni zamanda korporativ şəbəkələrin təhlükəsizliyinə və stabilliyinə nəzarət aiddir. Korporativ müştəri yeni ofis və filialları durmadan artıraraq öz şəbəkələrini genişləndirməyə başlayırlar. Bu səbəbdən də daha geniş şəbəkə coğrafiyasına malik olan şəbəkələrə ehtiyac duyurlar.

"Delta Telekom"un Korporativ Şəbəkəsi   özünün "Carrier Ethernet" şəbəkəsi üzərindən regionun şimalından cənubuna, şərqindən qərbinə, bir sözlə  bütün Azərbaycanı əhatə edir. Korporativ şəbəkə geniş coğrafiyaya malik olmaqla yanaşı, öz müştərilərinə yüksək keyfiyyətli, sürətli və böyük tutumlu şəbəkə xidməti göstərməyə malikdir. Korporativ Şəbəkənin məqsədi  müəssisə çərçivəsində vahid informasiya fəzasının yaradılmasıdır. Yəni müxtəlif qovşaqlarda yerləşən məntəqələrin qarşılıqlı əlaqəsini yaratmaq və onlara mərkəzləri ilə əlaqə qurulmasını təmin etməkdir. KŞ-də əsas hədəf müəssisənin əməkdaşlarının korporativ idarəetmə sistemindən səmərəli istifadəsini təmin etməkdir.

Genişmiqyaslılıq – Korporativ müştərilərin şəbəkələrini bir-biri ilə mürəkkəb şəkildə əlaqələnmiş çoxlu sayda məntəqələri böyük ərazidə birləşdirir;      
                                             
Qlobal əlaqələrdən istifadə – Korporativ müştərilərin şəbəkələrini qurarkən uzaqda yerləşən ayrı-ayrı məntəqələri baş idarə ilə birləşdirmək üçün bütün növ qlobal əlaqələrdən, o cümlədən, İP telefoniya kanallarından, peyk rabitəsi şəbəkələrindən istifadə edilir;   
                          
Etibarlılıq – Korporativ şəbəkələrdə məlumatların ötürülməsində yüksək etibarlılığa nəzarət;
İdarəetmədə tələblər – KŞ-nin genişmiqyaslı olması onu idarə etmək üçün dəqiqlik tələb edir. KŞ-də baş verən problemlərə operativ yanaşmaq və yaranmış problemlərin aradan qaldırılmasına çalışmaq bu tələblərdən biridir;

Operativlik – KŞ-nin layihələndirilməsi zamanı çoxsaylı texniki məsələlər (LŞ-lərin kabel sisteminin, qlobal rabitə növünün seçilməsi, müxtəlif şəbəkə arxitekturalarının uzlaşdırılması, müxtəlif kommunikasiya avadanlığının əsasında şəbəkənin strukturlaşdırılması məsələləri) meydana çıxır.
Korporativ müştərilərimizə operativ xidmətin göstərilməsi Korporativ Şəbəkənin əsas məqsədlərindən biridir.

Korporativ Şöbə - korporativ müştərilərilərə yüksək keyfiyyətli xidmət göstərərək  onların şəbəkə sahəsində üzləşdiyi problemləri  vaxtlı-vaxtında həll edib keyfiyyətli, etibarlı, operativ  xidmətlər göstərməkdən ibarətdir.

Korporativ Şəbəkənin (KŞ) yaradılması üçün ilk növbədə şəbəkə kanallarını təşkil etmək lazımdır. KŞ-də məntəqələr bir qayda olaraq regional filial və ya şöbələrə paylanmış olurlar. Yəni bir-birindən çox aralıda olan ofisləri, bölmələri və digər strukturları bir-biri ilə birləşdirmək lazım olur. Əksər hallarda KŞ-nin qovşaqları müxtəlif şəhərlərdə, bəzi hallarda isə müxtəlif ölkələrdə və qitələrdə yerləşir. Belə şəbəkələrin qurulması prinsipləri bir neçə binanı əhatə edən Lokal şəbəkələrin qurulması prinsiplərindən fərqlənir.

Əsas fərqlər ondan ibarətdir ki, ərazicə paylanmış Korporativ məntəqələr icarə olunmuş şəbəkə kanallarından istifadə edir. Əgər lokal şəbəkələri yaradarkən əsas xərclər avadanlıqların alınmasına və kabellərin çəkilməsinə sərf olunursa, ərazicə paylanmış KŞ-yə çəkilən xərclərin əsas hissəsini kanalların icarə haqqı təşkil edir. Bu halda ofisdən ona ən yaxın və əlverişli yerdə yerləşən ATS qovşağındakı "Delta Telekom"un şəbəkə avadanlığına qədər optik kanalın təmin olunması kifayətdir. Qovşaqlar arasında informasiyanın ötürülməsini "Delta Telekom" şəbəkəsi öz üzərinə götürür. Ona görə də şəhər çərçivəsində hətta kiçik bir şəbəkə yaradarkən onun gələcəkdə genişlənməsini təmin edən və mövcud "Delta Telekom" şəbəkəsinə uyğunlaşa bilən texnologiyalardan istifadə edilməlidir.

Korporativ şəbəkələrin qurulmasında bir çox texnologiyalardan istifadə olunur. "DWDM" şəbəkəsi infrastrukturu vasitəsilə bütün regional mərkəzlərdə yerləşən korporativ müştəriləri "Delta Telekom" şəbəkəsi üzərindən bir-birinə birləşdirir. Korporativ müştərilərə göstərilən xidmətlərin bir hissəsi "DWDM SDH" infrastrukturu üzərindən təmin olunur.

"Delta Telekom"un "Carrier Ethernet" və "Metro Ethernet" şəbəkəsi infrastrukturu korporativ şəbəkələri, verilənlərin ötürülməsi və professional İP MPLS xidmətlərini özündə cəmləşdirir.

"Delta Telekom"un Korporativ Şəbəkəsi öz müştərilərinə 2Mbps-dən başlayaraq 10 Gbps-ə  qədər tutumuna malik şəbəkə xidməti göstərmək imkanına malikdir.
Müştərilərimiz arasında   dövlət strukturları, banklar,  informasiya agentlikləri, özəl şirkət və müəssisələr daxildir.

İstənilən şəbəkə üçün informasiyanın təhlükəsizliyinin təmin edilməsi vacib funksiyadır və buna xüsusi diqqət ayrılmalıdır. Müxtəlif məntəqələrdə istifadə olunan KŞ-lərdə informasiyanın təhlükəsizliyinin təmin edilməsinin əhəmiyyəti və mürəkkəbliyi dəfələrlə artır. Bu da KŞ-də geniş əraziyə səpələnmiş məxfi informasiyaya icazəsiz daxilolmanın mümkün olduğu çoxlu sayda nöqtələrin və həmçinin böyük sayda istifadəçilərin olması ilə bağlıdır. Etibarlı KŞ yaradılmasının əsas mərhələlərindən biri Təhlükəsizlik siyasətinin yaradılmasıdır. Təhlükəsizlik siyasəti informasiyanın və onunla bağlı olan resursların mühafizəsi üçün nəzərdə tutulmuş, sənədləşdirilmiş idarəedici qərarlar toplusudur. KŞ-nin Təhlükəsizlik siyasətinin şəbəkə ehtiyatlarına giriş qaydalarını və istifadəsinə nəzarəti, şəbəkənin idarə olunması qaydalarını, şəbəkənin gələcək inkişafını və s. təsvir edir.

RƏVAN





20/10/12    Çap et