Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Səudiyyə Ərəbistanında olan “Azercell” abonentləri güzəştli danışıqdan yararlanacaq
12 oktyabr tarixindən etibarən Azərbaycandan müqəddəs Həcc ziyarətinə yollanan ilk zəvvarlar üçün “Azercell Telekom” xüsusi endirim kampaniyası keçirir. Kampaniya çərçivəsində oktyabrın sonuna kimi Səudiyyə Ərəbistanında olan “Azercell”-lilər güzəştli rouminq tariflərindən yararlana biləcəklər.
Beləliklə, Səudiyyə Ərəbistanının “Mobily (Etihad Etisalat)” mobil operatorunun şəbəkəsindən istifadə edən “Azercell” fakturalı xətt abonentləri daha aşağı tariflərlə danışır, SMS göndərə bilirlər. Bu müddət ərində fakturalı xətt abonentləri bütün istiqamətlərə zənglərin 1 dəqiqəsi üçün 0,70 AZN ödəyirlər. Eyni zamanda, hər istiqamətə 1 SMS 10 qəpik, istifadə edilən hər 1 MB internet trafiki üçün isə 70 qəpik tarifi tətbiq edilir.
RƏVAN
20/10/12 Çap et