Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Məşhur haker "Apple" şirkətini tərk edib


"iOS" əməliyyat sistemini “qırmaqla” məşhurlaşmış 21 yaşlı haker Nikolas Alleqra (Comex) "Apple" şirkətini tərk edib.  Haker Twitter" hesabında yazıb ki; "ötən həftədən etibarən mən “Apple"-da çalışmıram" .

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, Alleqra "Apple" şirkətində təcrübə keçirdi. Haker öz istəyi ilə  şirkəti tərk etdiyi və ya işdən azad edildiyi barədə məlumat verməyib.Qeyd edək ki, Alleqra "Apple" qurğularının ceylbreyki üçün "jailbreakMe" proqramının yaradıcısıdır.








EMİL





20/10/12    Çap et