Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Naftalan ərazisində “3D” seysmik kəşfiyyat işlərinə başlanılıb


“Azneft” İstehsalat Birliyinin sifarişi əsasında Kəşfiyyatgeofizika İdarəsinin 2 və 3 saylı ekspedisiyaları tərəfindən Naftalan-Şimali Naftalan sahəsində ərazinin “3D” seysmik kəşfiyyat işlərinə başlanılıb. “ICTnews” elektron xəbər xidmətinin ARDNŞ-in Geofizika və Geologiya İdarəsinə istinadən verdiyi məlumata görə,  “3D” seysmik kəşfiyyat işləri ərazinin geoloji quruluşunun öyrənilməsi, neftli-qazlı layların proqnozlaşdırılması məqsədilə həyata keçirilir.

Mürəkkəb yerüstü və dərinlik seysmogeoloji şəraiti ilə səciyyələnən tədqiqat sahələrində işlər ətraf mühitin qorunması, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına tam riayət olunmaqla yerinə yetirilir.








CAHANGİR





20/10/12    Çap et