Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
"Sony" qərargahında çalışan heyətin 20 faizini ixtisar edəcək
"Sony" şirkətindən verilən məlumata əsasən, cari maliyyə ilinin sonuna qədər şirkət qərargahında çalışan heyətin təxminən 20 faizini (2000 əməkdaş) ixtisar edəcək, həmçinin Yaponiyada yerləşən və smartfon və fotokameralar üçün obyektivlər istehsal edən müəssisəsini bağlayacaq. Bundan başqa, Avropada daha 2 min işçi ixtisar ediləcək. Şirkətdən bildirilib ki, "Sony”-nin digər fabriklərində də ixtisarlar ediləcək.
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, Yaponiya şirkəti aparılan yenidənqurma proseslərinin elektronika istehsal edən biznesinin gəlirliliyə qayıtmaqda yardımçı olacağına ümid edir.
EMİL
20/10/12 Çap et