Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Sağlamlıq-2012” Respublika Spartakiadasının təntənəli açılış mərasimi keçirilib
Oktyabr ayının 20-də Bakı İdman Sarayında Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı ilə əlaqədar keçirilən sayca 20-ci "Sağlamlıq-2012" Respublika Spartakiadasının təntənəli açılış mərasimi keçirilib.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov ölkəmizdə idmanın dinamik inkişafından, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idmana qayğısından danışaraq yarış iştirakçılarına uğurlar arzulayıblar. Qeyd olunub ki, spartakiadanın məqsədi rabitəçilərin asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaratmaq, idmanın kütləviliyini təmin etməkdir.
Mərasimdə ötən il Qətərin Doha şəhərində keçirilən klublararası dünya çempionatının qalibi, bu il gümüş mükafatçısı olan qadınlardan ibarət "Rabitə" voleybol komandasının və 2012-ci il London Yay Olimpiadasında uğurla çıxış etmiş Azərbaycan idmançılarının, o cümlədən "Rabitəçi" klubunun boksçularının nailiyyətləri xüsusi qeyd olunub.
Qeyd edək ki, doqquz idman növü(atletika, voleybol, stolüstü tennis, kəndirdartma, mini-futbol, şahmat, nərd, dama və güllə atıcılığı) üzrə keçirilən yarışlarda rabitə və informasiya texnologiyaları sektoruna daxil olan dövlət və özəl müəssisələr ilə yanaşı, Azərbaycan Texniki Universiteti və Bakı Dövlət Nəqliyyat və Rabitə Kollecinin də qatıldığı 15 komanda, 700-dən artıq idmançı iştirak edəcəkdir.Tədbir konsert proqramı ilə başa çatıb. Daha sonra mini-futbol turnirinə start verilib.
RƏVAN
20/10/12 Çap et