Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni robot-kəndirbaz yaradılıb


Müxtəlif orijinal robotların yaradılması ilə maraqlanan yaponiyalı konstruktor Masaxiko Yamaquçi yeni robot-kəndirbazı təqdim edib. Onun əsas xüsusiyyəti diametri cəmisi 4 millimetr olan trosda müvazinətini saxlamağa imkan verən avtomatik balanslaşdırma sistemidir.

“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, robot məkanda səmti jiroskop vasitəsilə müəyyən edir, tarazlığını saxlamağa isə əlləri və ağırlıq mərkəzi yardımçı olur. Robot trosda müstəqil olaraq dayana bilir, lakin onun üzərində  hərəkət etmək üçün yaradıcısının köməyinə ehtiyac var; belə ki, o, balansın düzəldilməsi funksiyasına malik radioidarəetmə sistemindən istifadə edir.

Konstruktor robotda bir neçə "hiylə" tətbiq etdiyini etiraf edib. Məsələn, robotun ayağının alt hissəsində kiçik kəsiklər var. Bu kəsiklər robotun trosdan sürüşməməsinə imkan yaradır. Bununla belə, yaponiyalı konstruktorun hazırladığı avtomatik balanslaşdırma sistemi peşəkar robot yaradıcılarına lazım ola bilər.



EMİL





22/10/12    Çap et