Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Smartfon və planşetlər rezin dinamiklə təchiz olunacaq


Hətta müasir mobil qurğulardakı (smartfon, planşet kompüterləri və s.) ən keyfiyyətli dinamiklər belə aşağı tezlikləri keyfiyyətli səsləndirməyə “qadir” deyillər. Bu yaxınlarda Yaponiyanın “Tokai Rubber Industries” şirkətində çalışan mühəndislər bu problemin həlli üsulunu təklif ediblər.

“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, mühəndislər tamamilə rezindən hazırlanmış yeni nəsil dinamiklər təqdim ediblər və onun tərkibi haqqında məlumat verilmir. Dinamiklər səsi qəbul edərək sərbəst genəlməyə və yığılmağa “qadirdir”.

Hazırda yaponiyalı mütəxəssislər yeni rezin dinamiklərin kütləvi istehsalı üçün tərəfdaş axtarırlar. Artıq aparıcı mobil elektronika istehsalçıları texnologiyaya maraq göstərirlər.






EMİL





22/10/12    Çap et