Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Milli Net – 2012” öz işinə başlayıb


Azərbaycan İnternet Forumu tərəfindən təsis olunan Milli İnternet Mükafatı – Milli Net müsabiqəsi ölkədə İnternetin inkişafına və populyarlaşmasına dəstək məqsədi daşıyır.
 
Artıq 4-cü ildir ki, keçirilən müsabiqə bu il 13 nominasiya üzrə (korporativ; ictimai-sosial; media və informasiya; mədəniyyət, incəsənət və turizm saytları; ailə, uşaq və sağlamlıq; asudə vaxt, idman və əyləncə saytları; bloqlar; elm və təhsil; dövlət və bələdiyyə saytları; xidmət; istifadəçi kontenti üzərində qurulmuş saytlar; ən yaxşı sosial şəbəkə səhifəsi; StartUp 2012) təşkil olunub.
 
Qiymətləndirmə prosesi peşəkarlardan və mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən aparılır. Müsabiqədə münsiflərə aidiyyatı olan hər hansı saytların iştirakına yol verilmir.
 
Qeyd edək ki, yarışmada yalnız Azərbaycan dili versiyası olan saytların iştirakına icazə verilir. Bu da dilimizin İnternetdə tətbiqini genişləndirməyə, eləcə də Azərbaycanda yaradıcılığın, peşəkar fəaliyyətin və informasiya mübadiləsinin yeni bir sahəsi olan İnternet sektorunu inkişaf etdirməyə böyük imkan yaradır.





22/10/12    Çap et