Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Regionda ilk dəfə olaraq ölkəmizdə yeni texnologiyaya əsaslanan çörək zavodu tikilir
Gəncədəki "Neon" firmasının nəzdində regionda bənzəri olmayan yeni çörək zavodu inşa edilir. Müasir texnologiyaların tətbiqi ilə reallaşan layihə haqqında danışan "Neon" firmasının baş direktoru Arif Həsənov bildirib ki, 1500 kvadratmetr sahədə inşa edilən zavodda artıq son tamamlama işləri görülür.
"Türkiyədən gətirilən kompüter texnologiyaları ilə təchiz edilən müasir avadanlıqlar vasitəsilə burada çörək insan əli toxunmadan istehsal ediləcəkdir.
Yeni zavodda sutkada 25 ton çörək istehsal etmək mümkün olacaqdır. Bundan başqa, zavodun istehsal etdiyi çörəklərin satışı üçün müasir tələblərə cavab verən mağaza da tikilir"- deyə o bildirib.
RƏVAN
22/10/12 Çap et