Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Philips” şirkətinin xalis mənfəəti artıb
Avropanın “Philips Electronics” elektronika istehsalçısı cari ilin üçüncü rübü üzrə hesabat dərc edib. Satışların həcmi 6,13 milyard avroya qədər artıb. Müqayisə üçün bildirək ki, 1 il əvvəl bu göstərici 5,39 milyard avro təşkil etmişdi.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, xalis mənfəət 170 milyon avro təşkil edib. Müqayisə üçün qeyd edək ki, bu göstərici ötən il 130 milyon avroya bərabər olmuşdu.
Şirkətdən verilən məlumata əsasən, xərclərin azaldılması proqramının reallaşdırılması davam etdirilir və şirkət onun sayəsində üçüncü rübdə 306 milyon avroya qənaət edib. Proqramın nəticəsinə görə, ümumi qənaət həcmi 1,1 milyard avro təşkil etməlidir.
EMİL
22/10/12 Çap et