Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hərbi xidmətə çağırılanlar xidmət keçəcəkləri hərbi hissə barədə məlumatı internetdən əldə edə biləcəklər


Azərbaycanda hərbi xidmətə çağırılan çağırışçılar hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatları internet və ya qısa mesaj (SMS) vasitəsilə ala biləcəklər. Bu, Nazirlər Kabinetinin 235 nömrəli qərarı ilə təsdiqlənmiş mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə göstərilən elektron xidmət növlərinin siyahısında nəzərdə tutulub.

Qeyd edək ki, adıçəkilən qərarla «Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları»nın və «Elektron xidmət növlərinin Siyahısı»nın təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edilib.

Yeni siyahıya əsasən, çağırışçılara müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi nəzərdə tutulur. Bundan başqa, hərbi xidmətkeçmə haqqında arayışın verilməsi də elektron formada aparılacaq. Yeni qaydaya əsasən, Dövlət Xidmətindən arxiv arayışlarını, eləcə də İtirilmiş hərbi biletlərin (ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqələrin) əvəzinə yenisini də elektron müraciət etməklə almaq mümkün olacaq. 

RƏVAN





22/10/12    Çap et