Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Alimlər verilənlərin saxlanılması üçün əvvəlki üsula qayıdırlar
“Fujifilm” və “IBM”-dən olan alimlər qrupunun təqdim etdikləri qurğu nümunəsində verilənlərin saxlanılması üçün maqnit lentindən istifadə olunur. O, 10×10×2 santimetr ölçüsündə olan kartricdə yerləşir və bir “kasetə” 35 terabaytadək məlumat yazmağa imkan verir.
“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, tədqiqatlar ən böyük radioteleskopun tikintisini nəzərdə tutan “Square Kilometer Array” (SKA) layihəsi üzərində həyata keçirilən iş çərçivəsində aparılır. Daxil olan informasiyanın emalı üçün “IBM” super-kompüteri istifadə olunacaq. Qeyd edək ki, gündəlik informasiyanın həcmi 1 petabayt təşkil edəcək.
EMİL
22/10/12 Çap et