Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

11,6 düymlü ekrana malik planşet-slayder istehsal edilib


“LG” şirkəti “Windows 8” əməliyyat sistemi ilə işləyən “H160” planşetini təqdim edib.“ICTnews.az” elektron xəbər xidməti bildirir ki, planşet “Intel Clover Trail” aparat platformasında hazırlanıb və o, 1.8 QHs takt tezliyində işləyən ikinüvəli “Atom Z2760” prosessoru ilə təchiz edilib.

Sensor ekranın diaqonalı 11,6 düymə bərabərdir, təsvir ölçüsü isə 1366×768 piksel təşkil edir. “HDMI” və “USB” portları, “MicroSD” kartları üçün slot, “Wi-Fi” simsiz rabitə adapteri mövcuddur. Daxili yaddaşın tutumu haqqında məlumat verilməyib.

“H160” modeli "slayder" form-faktorunda hazırlanıb: ekranın alt hissəsində “QWERTY” düzülüşlü klaviatura yerləşdirilib. Planşetin noutbuka çevrilməsi üçün xüsusi düyməyə sıxmaq kifayətdir.Planşetin qalınlığı 15,9 millimetr, çəkisi 1,05 kq təşkil edir. Qiyməti haqqında informasiya hələ ki yoxdur.


 


 
EMİL





22/10/12    Çap et