Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanın “Robast Noise” monitorinq stansiyaları Dubayda nümayiş edilib
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının birgə işi - istismarı dayandırılmış neft quyularından istifadə etməklə yaradılmış anomal seysmik proseslərin “Robast Noise” monitorinq stansiyaları (RNM ASP Station) layihəsi dünyada İKT üzrə ən nüfuzlu tədbir olan və bu il Dubayda keçirilən “ITU Telecom World 2012” – XXIV Ümumdünya İKT Forumunda nümayiş etdirilib. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Kibernetika İnstitutundan məlumat verilib.
Qurumdan bildirilib ki, beynəlxalq konfrans-sərgidə Kibernetika İnstitutunun Beynəlxalq əlaqələr və innovasiya şöbəsinin rəhbəri Tofiq Babayev və institutun aparıcı elmi işçisi Fərhad Paşayev iştirak ediblər: “AMEA-nın Kibernetika İnstitutu Azərbaycan Respublikasının pavilyonunda ayrıca stendlə təmsil olunub. Sərgi zamanı ziyarətçilər Kibernetika İnstitutunun əsas elmi istiqamətləri ilə tanış olublar və onlara, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birlikdə sözügedən stansiyalarla bağlı layihə nümayiş etdirilib”.
HƏQİQƏT
23/10/12 Çap et