Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Almaniya şirkəti günəş enerjisindən imtina edib


Almaniyanın "Simens" elektrotexnika konserni qənaət proqramı çərçivəsində günəş batareyaları istehsalından və günəş enerjisinin elektrik enerjisinə çevrilməsi sahəsi üzrə biznesdən imtina etməklə bağlı qərar qəbul edib. Bu barədə şirkətdən bildiriblər.

“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, "Siemens" öz qərarını konsernin bu sferada gözlədiyi ümidlərin doğrulmaması kimi izah edib. Konsern 1 il əvvəl 280 milyon avroya satın aldığı İsrailin "Solel Solar Systems”-ni satacaq.

Qeyd edək ki, şirkət bərpa olunan enerji mənbələri sahəsi üzrə biznesdən tamamilə imtina etməyi planlaşdırmır. Konsern hazırda külək və hidroenergetika sahəsinə köklənəcək. Şirkətdən bildiriblər ki, onlar 2030-cu ilədək dünyada istehsal edilən enerjinin 33 faizini təşkil edəcək.



EMİL





23/10/12    Çap et