Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Balakəndə sürətli internet istifadəçilərinin sayı 1.148 nəfərə çatıb


Balakən rayonunda kənd rabitə şəbəkəsinin genişləndirilməsi və müasirləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. Cari ildə Qazma kəndində 256 nömrə tutumu olan elektron tipli yeni ATS quraşdırılıb. Stansiyanın quraşdırılması məqsədilə 2.100 metr uzunluğunda fiber-optik kabel çəkilib. Yeni Şərif və Katex kənd elektron ATS-lərində müvafiq olaraq 48 və 82 portluq ADSL avadanlığı quraşdırılıb.

Katex-zavod yaşayış məntəqəsinə 5.700 metr optik kabel çəkilib, 128 nömrə tutumlu stansiya quraşdırılıb, istismara verilib.İlin əvvəlindən indiyədək 146 abonent üçün telefon çəkilmiş, qovşaq üzrə sürətli internet istifadəçilərinin sayı artaraq 1.148 nəfərə çatıb.







RƏVAN





23/10/12    Çap et