Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Acer” məyus oldu
Dünyanın dördüncü ən böyük fərdi kompüter (FK) istehsalçısı olan “Acer” şirkəti ötən rüb proqnozlaşdırılandan az mənfəət əldə edib. Tayvan şirkətinin belə göstəriciləri istehlakçı tələbatının aşağı düşməsi fonunda onun bazar payının azalması ilə izah olunur.
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2012-ci ilin üçüncü rübündə “Acer”in xalis mənfəəti 68 milyon Tayvan dolları (təxminən 2.3 milyon ABŞ dolları) təşkil edib. “Acer” şirkəti 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə nəzərə çarpacaq uğurlar əldə etsə də, lakin hazırkı nəticə ekspertlərin proqnozundan mühüm dərəcədə aşağı olub.
“Gartner” tədqiqat şirkətinin məlumatına əsasən, 2012-ci ilin üçüncü rübündə “Acer”in FK tədarüklərinin həcmi 10,2 faiz azalıb. Nəticədə Tayvan şirkətinin bazar payı hazırda 9,9 faiz təşkil edir.
EMİL
23/10/12 Çap et