Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda “İnnovasiya texnologiyalarının transferi” mövzusunda beynəlxalq seminar işə başlayıb


Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi, Əqli Mülkiyyət və İnnovasiya İctimai Birliyinin təşkilatçılığı ilə “İnnovasiya texnologiyalarının transferi” mövzusunda beynəlxalq seminar işə başlayıb.

Seminarın məqsədi elmi nəticələrin və yeni texnologiyaların kommersiyalaşdırılması yolu ilə Azərbaycanda innovasiya fəaliyyətini iqtisadiyyatın inkişafında əsas amillərdən birinə çevirməkdir.

Oktyabrın 24-dək davam edəcək tədbirdə Azərbaycan, ABŞ, Kanada, İsrail, Rusiya, Bolqarıstan, Ukrayna və Belarusdan alim və mütəxəssislərin məruzələri dinləniləcəkdir.






RƏVAN





23/10/12    Çap et