Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Sosial şəbəkələrdə tullantılar hesablanacaq
Zibillik mövzusu sosial şəbəkələrdə müzakirə olunacaq və tullantılar hesablanacaq. Çoxuna təəccüblü görünəcək bu xəbərin əsas mahiyyəti isə belədir: “Təmiz Şəhər” ASC-nin tullantıların daha effektiv idarəolunması ilə bağlı həyata keçirdiyi növbəti uzunmüddətli maarifləndirmə proqramı, eləcə də bu proqram çərçivəsində hazırlanan“Tullantı kalkulyatoru” üzrə aparılan işlər sosial şəbəkə istifadəçilərinin diqqətinə və müzakirəsinə veriləcək.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, “Təmiz Şəhər” ASC-nin şöbə müdiri Oqtay Məmmədov bildirib ki, ASC əhalinin istənilən məkanda tullantıların idarəedilməsi ilə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsinə çalışacaq: “Bu, məişət, kommersiya və sənaye tullantıları üzrə ilk belə kalkulyatordur. Amma “Karbon kalkulyatoru” təcrübəsi arıq başqa təşkilatlar tərəfindən mövcuddur. Belə ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə belə bir kalkulyator yaradılıb.
“Tullantı kalkulyatoru” tullantıların azaldılması proqramının tərkib hissəsidir. Biz mütəmadi olaraq, bu kalkulyatorla bağlı sosial şəbəkələrdə, TV-radio və digər kommunikasiya vasitələrində təbliğat işləri aparacağıq. Çalışacağıq ki, bu kalkulyatordan daha çox insan yararlansın və onun cəmiyyətə daha çox xeyri dəysin”.
HƏQİQƏT
23/10/12 Çap et