Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Görmə qabiliyyətindən məhrum olanlar üçün telefon yaradılıb


"Qualcomm" şirkətinin işə saldığı "Project RAY" proqramının məqsədi zəif görən və görmə imkanından məhrum olan istifadəçilərin smartfonlardan istifadəsinə yardım etməkdir. Artıq belə qurğu nümunəsi hazırdır. Hazırda o, İsraildə sınaqdan keçirilir. İstehsalçı bu telefonların görmə imkanından məhrum olanlar üçün sadə knopkalı telefonları və bir çox ixtisaslaşdırılmış bahalı qurğuları əvəz edəcəyini hesab edir.

"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, smartfon "Android" platformasının modifikasiya edilmiş versiyası əsasında işləyir. Aparatı sensor ekran vasitəsilə idarə etmək üçün istifadəçinin ona baxmasına ehtiyac yoxdur. Ekrana istənilən nöqtədə toxunmaq və bundan sonra bir neçə sadə hərəkət etmək kifayətdir. Həmin hərəkətlərin hər biri müəyyən komandanı yerinə yetirir.

"Qualcomm" şirkəti "Project RAY" proqramı çərçivəsində hazırlanan smartfonun final versiyasının satışa çıxarılma tarixi və qiyməti barəsində məlumat verməyib.


EMİL





23/10/12    Çap et