Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Haker qruplaşmaları üz-üzə gəldi


“Anonymous” haker qrupu yenicə “AnonPlus” sosial şəbəkəsinin yaradılması barədə məlumat vermişdi ki, natamam layihə digər haker qruplaşmasının qəzəbinə tuş gəlib. “Escapist Magazine” saytında yerləşdirilmiş məlumata əsasən, resursu “AKINCILAR” qrupundan türk kibercinayətkarları qırıblar.
Məlumat üçün bildirək ki, “Anonymous” hakerlərin ən məşhur cəmiyyətlərindən biri sayılır. O, Pentaqon, Beynəlxalq Valyuta Fondu, “PayPal”, “PlayStation Network” və bir çox digər xidmət və təşkilatların saytlarına hücumlarda iştirak edib. “Google” şirkətinin “Google+” şəbəkəsində “Anonymous” hesabları bloklandıqdan sonra “AnonPlus” sosial şəbəkəsinin yaradılması qərara alınıb. Əgər “AnonPlus” şəbəkəsi yaradılsa, istənilən şəxs orda qeydiyyatdan keçə biləcək. Yaradıcılar sosial şəbəkədə heç bir məhdudiyyət, senzura olmayacağına söz verib.


www.onliner.by




22/07/11    Çap et