Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iPad-mini” tanıdıldı


"Apple" şirkəti oktyabrın 23-də "iPad-mini" planşetini təqdim edib."ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, planşet 7,9 düymlü ekranla təchiz edilib. Müqayisə üçün qeyd edək ki, "iPad" planşetində ekranın diaqonalı 9,7 düymə bərabərdir. Ekranın təsvir ölçüsü 1024x768 nöqtə təşkil edir. Lakin ekranın ölçüsü kiçik olduğuna görə piksellərin sıxlığı 1 düymdə 163-ə bərabərdir.

"iPad-mini" planşetinin qalınlığı 7,2 millimetrdir. O, dördüncü nəsil "iPad" planşeti ilə müqayisədə daha incədir. "iPad-mini" planşetinin çəkisi 308 qramdır.

Planşet ikinüvəli "Apple A5" prosessoru, 2 ədəd kamera, "Lightning" konnektoru ilə təchiz edilib. Planşetin avtonom iş vaxtı 10 saat təşkil edir. Aparatın ayrı modifikasiyaları "LTE" şəbəkələrinə qoşula biləcək. Planşetin həm mobil şəbəkəyə malik, həm də onsuz versiyası əlçatan olacaq. Planşet noyabrın 2-də satışa çıxarılacaq.



 
EMİL





24/10/12    Çap et