Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Samsung” təkzib etdi
“Samsung” şirkəti “Apple”-a maye kristal ekran tədarüklərini dayandıracağı barədə yayılmış məlumatı rəsmi olaraq təkzib edib.
“Samsung”un nümayəndəsi “CNET News” nəşrinə verdiyi müsahibəsində “The Korea Times” qəzetində yazılmış məqalənin həqiqətə uyğun olmadığını bildirib.
“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, "Samsung Display” (şirkətin ekran istehsalı üzrə bölməsi) “Apple” şirkətinə maye kristal panel tədarükünü dayandırmağa heç vaxt çalışmayıb" – “Samsung”un nümayəndəsi bildirib. O, həmçinin əlavə edib ki, şirkət “The Korea Times” qəzeti ilə əlaqə saxlayacaq və materialda düzəliş aparmağı xahiş edəcək.
EMİL
24/10/12 Çap et