Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Facebook” zərərə məruz qalıb
Dünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook”un rüblük göstəriciləri reklam, o cümlədən mobil reklam satışlarının həcminin artması sayəsində analitiklərin proqnozlarından yuxarı olub. 2012-ci ilin üçüncü rübündə “Facebook”un satış həcmi 36 faiz artaraq 1,26 milyard dollar təşkil edib.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, 2012-ci ilin martında “Facebook” mobil reklama hədəflənmiş 7 reklam proqramı və təşəbbüsü yaradıb. Nəticədə onların sayəsində 1 il ərzində “Facebook” sosial şəbəkəsində mobil reklamın satış həcmi 14 faiz artıb. Lakin investorlar bildiriblər ki, mobil trafikin artım sürətini nəzərə alsaq, 14 faiz çox azdır.
Üçüncü rübdə şirkətin əməliyyat mənfəəti 1 səhm üçün 12 sent təşkil edib. “Facebook”un xalis zərəri 59 milyon dollara bərabər olub.
EMİL
24/10/12 Çap et