Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Retina” ekranla təchiz edilmiş “MacBook Pro” təqdim edilib
“Apple” şirkəti oktyabrın 23-də 13,3 düymlü “Retina” ekranla təchiz edilmiş “MacBook Pro” noutbukunu təqdim edib.
“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, "makbuk"un ekranı “IPS” matrisə əsaslanır, onun təsvir ölçüsü 2560x1600 piksel təşkil edir. “Apple” şirkəti iddia edib ki, əvvəlki “MacBook Pro”-nun ekranı ilə müqayisədə yeni kompüterin ekranı daha kontrastdır.
Noutbukun çəkisi 1,58 kiloqram və qalınlığı isə 1,9 santimetrdir. Kompüterdə optik disklər üçün qurğu nəzərdə tutulmayıb. "Macbook" noutbuku “MagSafe 2”, “Thunderbolt” və “USB 3.0” portları ilə təchiz edilib.
Kompüter “Intel Core i5” və ya “i7” prosessorları və “Intel HD Graphics 4000” qrafik kartı ilə təchiz edilib. Noutbuk başlanğıc konfiqurasiyada 8 qiqabayt əməli yaddaşa malik olacaq. "Macbook" 768 qiqabayt tutuma qədər “SSD” (sərtgövdəli) daşıyıcılarla təchiz ediləcək.
Noutbuk ABŞ-da satışa təqdim olunduğu gün, yəni oktyabrın 23-də çıxarılacaq. Qurğunun qiyməti 1699 dollardan başlanacaq.
EMİL
24/10/12 Çap et