Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Skaner sərnişinlərin həyatını asanlaşdıracaq
ABŞ-ın Milli Təhlükəsizlik Nazirliyi (DHS) alimlərə 20 saniyə ərzində maye və ya gellə olan butulkanın tərkibini dəqiq analiz edə biləcək skaner hazırlamağı təklif edib. Bu halda skaner maddənin tərkibini tünd şüşəli butulkada olsa belə dəqiq müəyyən etməlidir. Bundan başqa, analiz məsafədən həyata keçirilməlidir. Alimlər və mühəndislər bu məsələni 3 il ərzində həll etməlidirlər.
“ICTnews.az” elektron xəbər xidməti “rnd.cnews.ru” saytına istinadən bildirir ki, maye partlayıcı və tez alovlanan maddələrin aşkar edilməsi 2006-cı ildə təyyarələrin partladılması üçün hidrogen peroksid əsasında hazırlanmış mayedən istifadə üzrə terror sui-qəsdinin üstü açıldıqdan sonra aktual problemə çevrildi. Buna verilən ilkin reaksiya qazlı içkilərin, su ilə dolu butulkaların gətirilməsinə qadağa oldu. Lakin sərnişinlər tərəfindən çoxsaylı etirazlardan sonra bir sərnişinin 100 ml-dən çox maye, aerozol, gel və s. gətirməməsi qaydası tətbiq edildi.
Bir sərnişinin gətirməsinə icazə verilən mayenin cüzi miqdarına baxmayaraq, DHS terror aktlarından ehtiyat edir, çünki partlayıcı maddənin aşkar edilməsi üçün müasir üsulların əksəriyyəti su ilə nitroqliserini bir-birindən ayıra bilmir. Aeroportlarda quraşdırılmış rentgenlər dəqiqliklə yalnız silahı aşkar edə bilər, lakin tərkibi maye olan butulkanı müəyyən etməkdə “aciz”dirlər.
EMİL
24/10/12 Çap et