Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnformatika üzrə 2013-2014-cü tədris ili üçün magistratura səviyyəsinə qəbul proqramına düzəlişlər edilib
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) nəzdində fəaliyyət göstərən informatika üzrə elmi-metodiki seminarın növbəti iclası keçirilib. “İCTnews” elektron xəbər xidmətinə bu barədə məlumat verən TQDK-nın İctimaiyyətlə əlaqələr sektorundan bildirilib ki, iclasda müxtəlif ali təhsil müəssisələrindən nümayəndələr iştirak ediblər: “Cari məsələ İnformatika üzrə 2013-2014-cü tədris ili üçün magistratura səviyyəsinə qəbul proqramının müzakirəsi olub.
Proqram seminar iştirakçıları tərəfindən geniş müzakirə edilib. Bir sıra təkliflər irəli sürülməklə yanaşı, redaktə xarakterli düzəlişlər edilib. 30.10.2012-ci il tarixində keçiriləcək növbəti seminarda proqramın müzakirəsi davam etdiriləcək”.
HƏQİQƏT
24/10/12 Çap et