Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
"İsa" sözü ən populyar şifrələrin siyahısında yer alıb
“SplashData” şirkəti ən populyar şifrələrin reytinqini təşkil edib. “password” sözü reytinqdə birinci yerdə qərarlaşıb. “123456” və “12345678” simvol yığımları isə müvafiq olaraq ikinci və üçüncü yerdə qərarlaşıblar.
“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, populyar şifrələr əksər hallarda adi sözlərdən ibarət olur.
Bu isə təhlükəsizlik üzrə mütəxəssislərin tövsiyələrinə ziddir. “Monkey” sözü reytinqdə altıncı, sonrakı yerlərdə “letmein”, “dragon” və “111111” şifrələri qərarlaşıb. Qeyd etməyə dəyər ki, statistika ingilis dilində danışan istifadəçiləri əhatə edir.“password1”, “welcome”, “ninja”, “mustang” və “jesus” sözləri siyahıya ilk dəfə daxil edilib.
EMİL
24/10/12 Çap et