NATO-dan 1 qiqabayt həcmində məxfi məlumat oğurlanıb
“Anonymous” haker qruplaşmasının üzvləri öz mikrobloqunda bildiriblər ki, NATO serverlərini qırmaq və ittifaqın məxfi fayllarına giriş əldə etməyə müyəssər olublar. Hakerlər təxminən 1 qiqabayt məlumat əldə etdiklərini bildiriblər.
Onlar “Twitter”də PDF formatında 2 oğurlanmış sənədə bağlantını yerləşdiriblər. Lakin sənədlərdən biri hostinqdən silinib. Birinci dərc edilmiş sənəd 2007-ci ilə, ikinci isə 2008-ci ilə aiddir. “The Telegraph” bildirib ki, hər iki sənəddə söhbət Əfqanıstan və Balkanlarda NATO-nun qruplaşmaları üçün əlaqə sistemlərindən gedir.
NATO bu faktı nə təsdiq, nə də təkzib edib. İttifaq nümayəndəsi “The Telegraph”-a müsahibəsində bildirib ki, hadisənin araşdırılması aparılır. “Anonymous” “Twitter”də bildirib ki, bütün oğurlanmış sənədləri dərc etmək planlaşdırılmır. Onların fikrincə, bu, "düşüncəsiz" addım olardı, ancaq hakerlər yaxın günlərdə maraqlı məlumatlarla bölüşməyə söz veriblər.
lenta.ru