Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“SAP” proqram satışlarından 1 milyarddan çox avro qazanıb


Almaniyanın “SAP AG” şirkəti, təşkilatlar üçün ən böyük proqram təminatı istehsalçısının verdiyi məlumata əsasən, 2012-ci ilin üçüncü rübündə proqram təminatı üçün yeni lisenziyaların satış həcmi 1,03 milyard avro (təxminən 1,3 milyard dollar) təşkil edib. Bu göstərici ötənilki nəticədən 12 faiz çox olub.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, artım uğurlu satınalmalarla qismən bağlıdır. Belə satınalmalardan biri onlayn-biznes üçün ticarət platformalarının məşhur tədarükçüsü “Ariba” firması olub. “SAP” şirkəti bu satınalma ilə proqram təminatının internetlə satışı seqmentində möhkəmlənə bilib.







EMİL





24/10/12    Çap et