Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan “TERENA” Baş Assambleyasının 38-ci toplantısında təmsil olunur


24-25 oktyabr 2012-ci il tarixlərində Paris (Fransa) şəhərində "TERENA" (Trans-European Research and Education Networking Accociation – Trans-Avropa Elmi Tədqiqat və Təhsil Şəbəkəsi Assosiasiyası) Baş Assambleyasının 38-ci toplantısı keçirilir. Tədbirdə ölkəmizi AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev təmsil edir.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə institutun məlumatında deyilir.
Toplantı çərçivəsində təşkilata üzvlük və dəyişikliklər, maliyyə, büdcə, planda nəzərdə tutulan seminar və konfranslar, katibliyin gələcək fəaliyyəti və s. məsələlərə baxılacaq. Eləcə də "ASPIRE" (A Study on the Prospects of the Internet for Research and Education – Elmi tədqiqat və təhsil üçün internetin gələcək perspektivlərinin tədqiqi) layihəsi ilə bağlı yeniliklər və təşkilatın 2013-cü il üçün nəzərdə tutulmuş fəaliyyət planı müzakirə olunacaq.

Qeyd edək ki, AMEA İnformasiya Texnologiyaları İnstitutu 2010-cu ildə "TERENA"-nın Baş Assambleyasının illik iclasında təşkilatın tamhüquqlu üzvü seçilib. E-elmin şəbəkə platforması və infrastrukturu olan "AzScienceNet" Elm Kompüter şəbəkəsi YUNESKO-nun Xüsusi Komissiyasının tövsiyəsi ilə "TERENA"-da qeydiyyata alınıb. İnstitut Avropanın müxtəlif ölkələrində "TERENA"-nın təşkilatçılığı ilə keçirilən beynəlxalq tədbirlərdə müntəzəm olaraq iştirak edir.

CAHANGİR





24/10/12    Çap et