Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” oktyabrın 29-na təyin edilmiş tədbirini təxirə salıb


“Google” korporasiyası oktyabrın 29-na planlaşdırılmış tədbirini təxirə salıb. "Biz tədbiri Sendi qasırğasına görə təxirə salırıq. Yeniliklər olan kimi dərhal bu barədə məlumat verəcəyik" – şirkət mətbuat konfransına dəvət edilmiş bütün şəxslərə belə mesaj göndərib.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, tədbir Nyu-Yorkun sahilboyu hissəsində keçirilməli idi. Lakin şəhər meri gözlənilən qasırğaya görə evakuasiya elan edib. Korporasiyanın tədbirin yeni tarixini yaxın günlərdə elan edəcəyi gözlənilir.

Qeyri-rəsmi informasiyaya görə, “Google” oktyabrın 29-da “Nexus 4” smartfonunu, “Nexus 10” planşetini və “Android 4.2” əməliyyat sistemini təqdim etmək fikrində idi.




EMİL





29/10/12    Çap et