Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Panasonic” 3 min dollarlıq “Toughbook C2” noutbukunu təqdim edib


“Panasonic” şirkəti “Windows 8” əməliyyat sistemi ilə işləyən möhkəm “Toughbook C2” noutbuk-transferini təqdim edib. Qurğu 1,8 QHs takt tezliyində işləyən “Core i5-3427U vPro” prosessoru ilə təchiz olunub. Əməli yaddaşın tutumu 4 QB təşkil edir. Onu 2 dəfə artırmaq mümkündür. “Toughbook C2” noutbukunun qiyməti 2949 dollara bərabərdir.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, sensor ekranın diaqonalı 12,5 düym, parlaqlıq səviyyəsi 500 nit, təsvir ölçüsü 1366×768 nöqtə təşkil edir. Sərt diskin tutumu 500 qiqabayta bərabərdir. “Toughbook C2” yaddaş kartları üçün slot, “HD” kamera, “Bluetooth”, “Wi-Fi” modulları və “NFC” çipi  modulları, həmçinin “USB 3.0” və “HDMI” portları ilə təchiz edilib. “4G LTE” və “3G” şəbəkələrində işləmək mümkündür.

Qurğunun korpusu maqnezium ərintisindən hazırlanıb və 80 santimetrə qədər hündürlükdən yerə düşməyə dayanıqlıdır.“Panasonic Toughbook C2” 2012-ci ilin dekabrında satışa çıxarılacaq.
 
EMİL





29/10/12    Çap et