Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Alimlər super-teleskop üçün super-güzgü yaradıblar


Arizona və Kaliforniya universitetlərində çalışan alimlərdən ibarət qrup ən mürəkkəb astronomik güzgü üzərində aparılan işi başa çatdırıb. Son 7 il ərzində alimlər qeyri-adi formalı xüsusi 8,4 metrlik güzgü üzərində çalışıblar.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, güzgü hazırlanması zamanı qəbul edilmiş standartlara əsasən, o, teleskop üçün bundan əvvəl yaradılmış digər güzgülərlə müqayisədə ən azı 10 dəfə daha hamar və dəqiq olmalıdır.

Yaradılmış güzgü “Giant Magellan Telescope” (GMT) adlı  teleskopun “ürəyi” olacaq. “GMT” teleskopu vasitəsilə ulduzların ətrafındakı planetləri tədqiq etmək, həmçinin ulduzların yaranması prosesini araşdırmaq nəzərdə tutulub.

Super-teleskop üçün nəzərdə tutulmuş ikinci güzgü üzərində aparılan işləri 2013-cü ilin avqustuna qədər bitirmək planlaşdırılır. “GMT” teleskopu 2016-cı ilə qədər mərkəzi Çilidə tikiləcək. O, dünyanın ən böyük və güclü teleskopu olacaq. Aparat “Xabbl” orbital teleskopu ilə müqayisədə 10 dəfə daha dəqiq müşahidə apara biləcək.
 
EMİL





29/10/12    Çap et