Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yanan poçt şöbəsinin binası bərpa olunur


Ötən ay qısa qapanma nəticəsində yanğın baş verən Hacıqabul rayonunun Qubalıbalaoğlan kənd poçt şöbəsinin binasında bərpa işləri aparılır. “Azərpoçt” MMC-dən verilən məlumata görə, işlər poçtamtın daxili imkanları hesabına aparılır.

İşlərin daha sürətli aparılması və tezliklə başa çatdırılması üçün “Azərpoçt” MMC-dən Hacıqabul PF-yə yardım ayrılacaq. Hazırda kənd poçt şöbəsi müvəqqəti olaraq başqa bir yerdə fəaliyyətini davam etdirir. Şöbə vətəndaşlara bütün poçt xidmətlərini göstərir.







RƏVAN





29/10/12    Çap et