Azərbaycanda Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinin rəsmi internet səhifəsi istifadəyə verilib
Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinin rəsmi internet səhifəsi (
www.eyar.maliyye.gov.az) yaradılıb.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, internet-səhifədə qurum haqqında ətraflı məlumat verilməklə yanaşı, qiymətli metallar və qiymətli daşlar, sərvətlər, cihaz və avadanlıqlar, dövlət rüsumları barədə informasiyalar və sahə üzrə bir sıra ərizə formaları, o cümlədən statistik məlumatlar təqdim olunub.Saytda həmçinin sahə üzrə təqdim olunan elektron xidmət növlərinə dair xüsusi banner yerləşdirilib.
İnternet-səhifəyə daxil olmaqla istifadəçilər quruma onlayn qaydada müraciət imkanı da əldə edirlər.Nəfis dizaynda və yüksək keyfiyyətlə hazırlanan sayt Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir.
CAHANGİR