Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Stiv Cobsun yaxtası hazırdır
Stiv Cobsun ölümündən 1 ildən çox vaxt ötdükdən sonra holland tərsanələrindən "Apple" həmtəsisçisinin son işi olan "Venera" yaxtası işə düşüb. Cobs gəmi layihəsi üzərində fransalı dizayner Filipp Starkla birgə bir neçə il çalışmışdı.
"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, "Venera" yaxtasının ilk fotolarını və videosunu Hollandiyanın "One More Thing" resursu yerləşdirib. Gəminin suya salınması mərasimində Stiv Cobsun həyat yoldaşı Lorina və övladları iştirak edib.
Yaxtanın yaradılmasında zəhməti olan hər kəs tədbirdə iştirak edib. Onlara "iPod shuffle" pleyerləri hədiyyə edilib və minnətdarlıq bildirilib."Venera" yaxtasının korpusu alüminiumdan hazırlanıb. Buna görə də gəminin çəkisi yüngüldür və uzunluğu təxminən 70-80 metr təşkil edir.