Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Əlil və sağlamlıq imkanları məhdud olan uşaqların sosial şəbəkələrdə ünsiyyət qurmalarına dəstək verilir


Sosial şəbəkələrdə əlil və sağlamlıq imkanları məhdud olan uşaqların şəbəkələşməsinə və bu şəbəkələrdə ünsiyyət qurmalarına dəstək verilir. Bu, “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyinin (VMİB) həyata keçirdiyi “Cəmiyyət arasında əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsədi ilə təbliğat və təşviqat kampaniyasının təşkili” layihəsinin əsas hədəflərindəndir. Bundan başqa, layihənin məqsədi əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların problemlərini cəmiyyətin diqqətinə çatdırmaq və bu problemlərin həllində cəmiyyətin dəstəyinə nail olmaqdır.

Layihə çərçivəsində əlil təşkilatlarının fəalları üçün əlillərin hüquqları ilə bağlı seminarlar təşkil olunur, yerli KİV-də əlillərin sosial müdafiəsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan güzəşt və imtiyazlar barədə maarifləndirmə-məlumatlandırma işi aparılır, sağlamlıq imkanları məhdud uşaqlar olan ailələrə psixoloji dəstək məqsədi ilə təlimlər keçirilir və s. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Nazirlikdən bildirilib ki, layihə çərçivəsində ƏƏSMN-in Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 7 saylı internat evində bayram şənliyi də təşkil olunub.

ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin dəstəyi ilə təşkil olunan bayram şənliyində dövlət himayəsində yaşayan sağlamlıq imkanları məhdud uşaqlara musiqili-əyləncəli proqram, həmçinin müxtəlif sovqatlar təqdim olunub.
 
HƏQİQƏT





29/10/12    Çap et