Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın milli geyimlərinə həsr olunmuş poçt markaları satışa verilib


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əmri ilə Azərbaycanın milli geyimlərinə həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıb. Bu barədə "ICTnews" elektron xəbər xidmətinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) "Azərmarka" şirkətinin baş redaktoru Riad Ələkbərov məlumat verib.

R.Ələkbərovun sözlərinə görə, markalar oktyabrın 29-dan etibarən satışdadır: "Blok iki markadan ibarətdir. Birinci markanın üzərində Qarabağa məxsus qadın geyimləri əks olunub. Digər markanın üzərində Qarabağa xas kişi geyimlərinin təsviri verilib. Ümumi tirajı 15 min ədəd olan bu markaların nominal satış qiyməti 50 qəpikdir".






 
HƏQİQƏT

 





29/10/12    Çap et