Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Azərbaycan-Polşa” diplomatik əlaqələrinə həsr olunmuş poçt markaları buraxılıb
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əmri ilə “Azərbaycan-Polşa” diplomatik əlaqələrinə həsr olunmuş poçt markaları buraxılıb. Markalar oktyabrın 29-dan etibarən dövriyyədədir. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) “Azərmarka” şirkətinin baş redaktoru Riad Ələkbərov məlumat verib.
R.Ələkbərov qeyd edib ki, bir blokda iki marka ilə buraxılan markaların üzərində “Uzun Həsən” - Ağqoyunlu dövlətinin banisi Həsən bəy Bayandurun təsviri verilib. Digər markanın üzərində isə Polşanın kralı Yagellonun təsviri verilib. 13 min ədəd tirajla buraxılan markaların nominal satış qiyməti 60 qəpikdir.
Qeyd edək ki, Azərbaycan suveren dövlət kimi ilk dəfə olaraq poçt markalarını 1919-cu ilin oktyabr ayında buraxmağa başlayıb. Suveren dövlətin atributlarından biri kimi qəbul olunan poçt markalarının buraxılışında əsas məqsəd dövlətçiliyin və onun nüfuzunun möhkəmləndirilməsidir.
HƏQİQƏT
29/10/12 Çap et