Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Təhlükəsizlik kameraları şübhəli hadisələr barədə əvvəlcədən məlumat verəcək
Karneqi-Mellon Universitetində çalışan alimlər təhlükəsizlik kameraları üçün qabaqcıl proqram təminatı hazırlayırlar. Yeni texnologiya yalnız vəziyyətə nəzarət etməyəcək, həm də insanların hərəkətləri barədə əvvəlcədən məlumat verəcək.
“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, bu layihəni ABŞ hökuməti maliyyələşdirir. Tədqiqatçılardan biri olan Alessandro Oltramari bildirib ki, onların sistemi həm mülki, həm də hərbi ehtiyaclar üçün nəzərdə tutulub.
Onun sözlərinə görə, proqram təminatı insanların qeyri-standart davranışını və ya şübhəli aktivliyi izləməyə “qadirdir”. Məsələn, kimsə aeroportda və ya avtobusda çantasını bir neçə dəqiqəlik baxımsız qoysa, sistem dərhal buna reaksiya verəcək.
EMİL
30/10/12 Çap et