Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

«Azərenerji» ASC enerji sistemində müasir informasiya texnologiyalarının tətbiqini daha da genişləndirir


«Enerji sistemində müasir informasiya texnologiyalarının tətbiqi daha da genişləndirilir. Stansiya və yarımstansiyaları əlaqələndirən fiber-optik kabel şəbəkəsi ilə yanaşı, regional elektrik şəbəkələri və paylayıcı elektrik şəbəkələrini əhatə edən korporativ şəbəkə də mövcuddur».

"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirlər «Azərenerji» ASC-nin mətbuat xidmətinin yaydığı informasiyada bildirilir. ASC bildirir ki, hazırda onların qarşılarında duran əsas vəzifələrdən biri də bütün respublika üzrə fiber-optik kabellərin çəkilməsinin başa çatdırılması və onun dairəvi formaya salınmasıdır.

«Azərenerji» ASC vurğulayır ki, enerji sisteminin idarəetmə vasitələri şəbəkəsi enerji sisteminin ayrı-ayrı nöqtələrini yalnız fiziki birləşdirmir, eyni zamanda çoxlu sayda məlumatların (dispetçer idarəetmə sistemi, teleölçülər, mühafizə avtomatikasının məlumatları, audio-video informasiyalar və s.) ötürülməsini təmin edir.




SEYMUR




30/10/12    Çap et