Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” yeni smartfon və planşetini təqdim edib


"Google" şirkəti "Nexus" ticarət markası altında yeni qurğularını  elan edib."ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, "Nexus 4" smartfonunu "Google" və "LG" şirkətləri birgə hazırlayıblar. Aparat 4,7 düymlü ekranla təchiz olunub və 1 düymdəki piksellərin sıxlığı 320 ppi təşkil edir. Qurğu dördnüvəli prosessorla təchiz olunub və simsiz enerji yüklənməsini dəstəkləyir.

ABŞ-da "Nexus 4" smartfonunun 8 QB daxili yaddaşa malik versiyasının qiyməti 299 dollar, 16 QB ilə olan versiyanın qiyməti isə 349 dollar təşkil edəcək. Aparatı satın almaq üçün operatorla müqavilə bağlamağa ehtiyac yoxdur.

"Nexus 10" planşeti 2560x1600 nöqtə təsvir ölçüsünə malik 10 düymlü ekranla təchiz edilib. "Google" bu göstəricinin belə sinif qurğular üçün rekord olduğunu iddia edir. Aparatı "Samsung" şirkəti istehsal edir.16 QB yaddaşa malik planşetin qiyməti 399 dollar, 32 QB ilə olan modelin qiyməti isə 499 dollar təşkil edəcək.
 



Təqdim edilmiş bütün yeni qurğular "Android 4.2" platforması ilə işləyir. Onlar noyabrın 13-də satışa çıxarılacaq.



EMİL





30/10/12    Çap et