Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Lisenziya alan poçt şöbələrinin sayı mini ötdü
"Maliyyə xidmətlərinin inkişafı" layihəsi uğurla icra olunan və böyük perspektivləri olan layihələrdən biridir. Bu yaxınlarda lisenziya alan poçt şöbələrinin sayı mini ötdü. Bu sözləri “ICTnews”-a açıqlamasında "Azərpoçt" MMC-nin hüquq şöbəsinin müdiri Bəhram Səfərov bildirib.
Onun sözlərinə görə, müəssisə geniş poçt şəbəkəsinə malik olmaqla bütün regionları, hətta ucqar dağ kəndlərini əhatə etməklə əhaliyə bank və maliyyə xidmətləri göstərilməsi ölkə iqtisadiyyatı üçün çox böyük əhəmiyyətə malikdir.”Hal-hazırda lisenziya alan poçt şöbələrinin sayı mini ötüb. Bəzi texniki işlər var, onlar həyata keçirildikdən sonra belə şöbələrin sayı daha çox olacaq”- deyə o bildirib.
Şöbə müdiri eyni zamanda şəbəkənin daha da genişləndirilməsi ilə nağdsız ödəniş sisteminin inkişaf etdiriləcəyini qeyd edib.
RƏVAN
30/10/12 Çap et