Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Monteneqrodakı diplomatik nümayəndəliyimizin internet səhifəsi istifadəyə verildi


Xarici İşlər Nazirliyi (XİN) informasiya-kommunikasiya texnologiyalarına (İKT) böyük önəm verir. XİN öz işində də İKT-dən geniş istifadə etməklə həyata keçirdiyi fəaliyyəti ictimaiyyətə təqdim edir, eyni zamanda xarici ölkələrdə də internet portalları vasitəsi ilə uğurlu təbliğat siyasəti aparır. Məhz bu səbəbdən də Azərbaycanın xaricdəki səfirliklərinin saytları yaradılır.

Növbəti belə addım Monteneqrodakı diplomatik nümayəndəliyimizin “http://www.azmission.me/” internet səhifəsinin istifadəyə verilməsi ilə atılıb. Bu barədə “ICTnews.az” elektron xəbər xidmətinə XİN-in mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, sözügedən saytda Azərbaycan haqqında geniş məlumat yerləşdirilib. İstifadəçilər onun vasitəsi ilə ölkəmizin xəritəsi, adət-ənənəsi, bayramları ilə tanış ola bilər. Eyni zamanda səfirliyin gördüyü işlər barəsində də məlumat əldə etmək mümkündür.



SEYMUR






30/10/12    Çap et